Xersonda məktəblər bu formada fəaliyyət göstərəcək

Dünya
21:42 / 21.08.2023
5481
“Sentyabrın 1-dən Xerson vilayətindəki məktəblərdə hərbiləşdirilmiş mühafizə olacaq”.
Sfera.az xəbər verir ki, bu barədə Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo “Tavria” telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, hər bir məktəbdə xüsusi post quraşdırılacaq. Burada hərbiləşdirilmiş mühafizə və videomüşahidə sistemi olacaq.
O əlavə edib ki, rayonda hərbi vəziyyətin tətbiqinə və keçid dövrünün davam etməsinə baxmayaraq, bütün xidmətlər dərs ilinin başlanmasına hazırlaşır.