Bağdadda pornoqrafiya nümayiş etdirildikdən sonra bütün reklam ekranları bağlandı - VİDEO

Bağdadda pornoqrafiya nümayiş etdirildikdən sonra bütün reklam ekranları bağlandı - VİDEO

İraq rəsmiləri avqustun 19-da axşam saatlarında paytaxt Bağdadda pornoqrafik filmin nümayişindən sonra reklam ekranlarının söndürülməsinə göstəriş verib.

Sfera.az bildirir ki, avqustun 20-də naməlum haker Uqbə bin Nəfiyə meydanının əsas kəsişməsində quraşdırılmış ekranın təhlükəsizlik sisteminə müdaxilə edərək, hüquq-mühafizə orqanlarının əməkdaşları elektrik naqilini ayırana qədər bir neçə dəqiqə ərzində pornoqrafik film nümayiş etdirib.


Ölkənin Daxili İşlər Nazirliyi artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayətkarı saxladığı barədə məlumat yayıb. Haker ekranın təhlükəsizlik sistemini sındırmağı bacarıb.


Şəhərin mərkəzindən keçən avtomobillərin fonunda nümayiş etdirilən pornoqrafik filmin video görüntüləri sürətlə şəbəkədə yayılıb. Adının açıqlanmasını istəməyən bir təhlükəsizlik rəsmisinin dediyi kimi, bu "əxlaqsız səhnələr" səlahiyyətliləri təhlükəsizlik tədbirlərinə baxılarkən Bağdaddakı bütün reklam ekranlarını bağlamağa məcbur edib.


Ölkənin Daxili İşlər Nazirliyi hakeri artıq saxladığını bildirsə də, əlavə məlumat verməyib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli

"Dünyada fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara uzun illərdir bəllidir ki, Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyekt...

İran BAEA ilə əməkdaşlıq etmək niyyətindədir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əlaqələrin dayandırılması haqqında qanunun qəbulundan sonra qurumla yeni formatda əməkdaşlıq etmək niyyətində...

Süni intellektin köməyi ilə hamilə qaldı

ABŞ-nin Kolumbiya Universitetində sonsuzluq müalicəsi sahəsində inqilabi texnologiya hazırlanıb.   Sfera.az xəbər verir ki, süni intellekt əsasında ...

Ötən il Almatıya gedənlərin sayında artım olub

Ötən il Azərbaycandan Almatıya gedən turistlərin sayında 24 %-lik artım olub.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstanın "Şimbulak" Dağ K...

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər.   Sfera.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Kabildəki idarəsi...

Ərdoğan həyat yoldaşını ağlatdı - VİDEO

AK Partiyanın 32-ci Müşavirə və Qiymətləndirmə Düşərgəsinin açılışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan tarixi çıxış edib.   Sfera.az Türkiyə KİV-ə...