Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirildi - FOTOLAR

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirildi - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Hərbi Prokurorluq “N” saylı hərbi hissədə Müdafiə Nazirliyi ilə birgə tədbir keçirib.

 

Sfera.az xəbər verir ki, mərasimdə çıxış edən Hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, ədliyyə polkovniki Fərid Şükürov və ədliyyə müşaviri Samir Əzimzadə əvvəlcə Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb.

 

Bundan sonra, onlar, eləcə də hərbçilər polkovnik Təbriz Mirzəyev, polkovnik-leytenant Aqil İsmayılov, həmçinin “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, qazi Rey Kərimoğlu və digər şəxslər müstəqillik yolumuzu və firavan gələcəyimizi işıqlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

 

Çıxışlarda, həmçinin Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

 

Tədbirdən sonra, hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.

 





OXŞAR XƏBƏRLƏR