Naxçıvana səyahət edənlərin NƏZƏRİNƏ!

Naxçıvana səyahət edənlərin NƏZƏRİNƏ!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

 

Sfera.az xəbər quruma istinadən xəbər verir ki, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur.

 

Bununla əlaqədar olaraq, aviaşirkət sərnişinlərə ən yaxşı uçuş vaxtını təmin etmək və mümkün narahatlığın qarşısını almaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.

 

AZAL Bakıdan Naxçıvana və geriyə müntəzəm uçuşların sayını artıraraq gündə 10 reysə çatdırıb. Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.

 

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

 

Video-təlimatla linkdən tanış ola bilərsiniz: //youtu.be/9PiPTkNkBSU.

 

Əlavə suallar yarandığı təqdirdə sərnişinlər “[email protected]” elektron ünvanı və ya +994(55) 204 65 54 vatsap nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR