İlk nüvə müharibəsi suya görə başlaya bilər
13:45 / 29.10.2016
1224
Planetin ilk nüvə münaqişəsi Rusiya ilə ABŞ arasında deyil, Hindistanla Pakistan arasında baş verə bilər.
Sfera.az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə BMT universitetinin alimləri bəyanat veriblər. Onlar hesab edirlər ki, bu iki ölkə arasında nüvə müharibəsi Hindistan yarımadasında içməli su əldə etmək üstündə artan problemlərin fonunda yarana bilər.
Alimlərin fikrincə yarımadada su resursları üstündə münaqişələr son illər daha da qızışıb. Təxminən bir ay əvvəl Hindistan Pakistanla 1960-cı ildən bəri su əlaqələrini idarə edən Hind çayı üzrə daimi ikitərəfli komissiyanın işinə xitam verib. Razılaşmaya əsasən, Hindistan Hind çayının 3 şərq qolundan, Pakistan isə 2 qərb qolundan istifadə hüququ qazanmışdı.
Bu razılaşma Pakistan üçün o baxımdan təhlükəlidir ki, Dehli iki ölkə arasında müharibə yaracağı halda ölkəsindən keçən çayın qollarını bağlamaq haqqına sahibdir.
Bu ilin sentyabrında Hindistan hökuməti razılaşmaya yenidən baxmaq və ya ondan çıxmaq istədiyini bəyan etmişdi. İslamabad bu addımın düşməncə olduğunu və "müharibə elan kimi” dəyərləndiriləcəyini açıqlamışdı.
BMT ekspertləri hesab edirlər ki, iki ölkə öz aralarında razılığa gələ bilməsələr, bu, yeni müharibəni qaçınılmaz edəcək.