"Önəmli layihələr yaxın günlərdə..." - Fulya Öztürk "Xəzər Tv"də çalışacaq? + VİDEO 

Tanınmış türkiyəli jurnalist Fulya Öztürk Bakıdadır.

 

Sfera.az bildirir ki, bu barədə aparıcı Lalə Azərtaş məlumat verib.

 

O qeyd edib ki, Xəzər telekanalının rəhbəri Murad Dadaşov, Fulya Öztürk və Lalə Azərtaş arasında görüş olub:

 

"Türkiyəli həmkarlarımızla çox məhsuldar görüş keçirdik. Danışdığımız önəmli layihələrdən yaxın günlərdə hamı danışacaq. Bizə uğur olsun".

 

Lalə Azərtaşla rəfiqə olan Fulya Öztürk Bakıda olduğu müddətdə tez-tez onunla birgə paylaşımlar edib və onu çox sevdiyini bildirib.


OXŞAR XƏBƏRLƏR