İran Quru Qoşunları komandanı Moskvada – Nələr müzakirə olunub?

İran Quru Qoşunları komandanı Moskvada – Nələr müzakirə olunub?

İran Quru Qoşunları komandanı, briqada generalı Kiomərs Heydərinin başçılıq etdiyi hərbi nümayəndə heyəti ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Moskvaya yollanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

 

Agentliyin məlumatına görə, ikitərəfli danışıqların rəsmi hissəsi Quru Qoşunlarının Baş Komandanlığında baş tutub. Burada hər iki ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsini hədəfləyən hərbi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

 

"İran Rusiya Federasiyası tərəfindən Yaxın Şərqin əsas dövlətlərindən biri kimi qəbul edilir. İran Rusiyanın strateji tərəfdaşıdır və daimi intensiv siyasi dialoq bizim tərəfdaşlığımızın hazırkı mərhələsinin xarakterik xüsusiyyətidir", - Rusiya Quru Qoşunlarının rəisi, ordu generalı Oleq Salyukov deyib.

 

Qeyd olunur ki, Salyukov və Heydəri əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

 

İran nümayəndə heyəti Moskvaya səfəri çərçivəsində quru qoşunlarının hərbi məktəblərinə və hərbi sənaye kompleksinin müəssisələrinə baş çəkəcək.

 

İnci


OXŞAR XƏBƏRLƏR