“Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşməsini istəyirik” - Ərdoğan

Siyasət
15:36 / 21.08.2023
3337
“Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşməsini istəyirik”.
Sfera.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə sülhün əldə olunmasına çalışır:
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı onunla bu barədə danışdıq. Həmçinin NATO Liderlər Zirvəsindəki müzakirələrdə bu məsələ barədə fikir mübadiləsi apardıq".