Ev təsərrüfatları 2,5 milyard manatlıq biznes krediti götürüb - STATİSTİKA

Ev təsərrüfatları 2,5 milyard manatlıq biznes krediti götürüb - STATİSTİKA

Ev təsərrüfatları istehlak kreditləri ilə yanaşı sahibkarlıq fəaliyyətinə görə də kredit götürə bilir. 


Sfera.az xəbər verir ki, bu ilin avqustun 1-nə olan məlumata əsasən, ev təsərrüfatlarının biznes kreditlərinə görə borcu 2,56 milyard manata çatıb. 


Ötən ilin sonunda ev təsərrüfatlarının 2,156 milyard manat biznes kreditinə görə borcu var idi. 


Qeyd edək ki, son illərdə ailələrə verilən biznes kreditlərinin həcmi digər kreditlərlə müqayisədə daha sürətlə artır. 2019-cu ildə ev təsərrüfatlarının aldığı cəmi kreditlərin həcmi 6,74 milyard manat idi. Onun 631 milyon manatı, yəni 9,4 faizi biznes kreditlərindən ibarət olub. 


Ötən müddətdə ev təsərrüfatlarının cəmi kredit borcu 2 dəfə artıb. Amma biznes kreditlərində artım 4 dəfəyə yaxın olub. 


Bu fakt göstərir ki, son illərdə ev təsərrüfatlarına biznes kreditləri əldə etmək imkanı xeyli yaxşılaşdırılıb. Hazırda ev təsərrüfatlarının aldığı kreditlərin 20 faizi biznes kreditlərindən ibarətdir. 


Vasif


OXŞAR XƏBƏRLƏR