Əhalinin banklardakı pulu azalıb – SƏBƏB

Əhalinin banklardakı pulu azalıb – SƏBƏB

2023-cü ilin iyulunda fiziki şəxslərin əmanətlərinin məbləğində azalma qeydə alınıb.


Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin iyununda 12,75 milyard manat olan əmanətlərin həcmi iyul ayı ərzində 45 milyon manat azalaraq 12,705 milyon manata düşüb. 


Sonuncu dəfə əmanətlərin həcmində azalma bu ilin fevralında qeydə alınıb. 


İyulda baş verən növbəti azalma həm milli valyutada, həm də xarici valyutada qeydə alınıb. 


Məlumatlardan aydın olur ki, fiziki şəxslərin vəsaitlərinin azalmasının başlıca səbəbi cari hesablarda olan pulun məbləğinin azalmasıdır. İyunda cari hesablarda 6,138 milyard manat pul olduğu halda iyulun sonunda 6,046 milyard manata düşüb. Cari hesablarda olan vəsaitlərdə 92 milyon manat azalma müşahidə edilib. 


Banklarda qısa müddətli əmanətlərin həcmi azalsa da, uzunmüddətli əmanətlərdə artım qeydə alınıb. Uzunmüddətli əmanətlərin həcmi 2,63 milyard manata çatıb ki, bu da cəmi əmanətlərin 20,5 faizini təşkil edir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR