Azərbaycan hərbi əməliyyatlara başlayacaq: 10 gün ərzində...

Azərbaycan hərbi əməliyyatlara başlayacaq: 10 gün ərzində...

Son zamanlar Ermənistanın hərbi təxribatları intensivləşib.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, sözügedən provokasiyaların sülhdə maraqlı olmayan üçüncü qüvvələr tərəfindən törədilməsi də istisna deyil:

 

“Lakin bu, indiki halda bizim üçün əhəmiyyətsizdir. Çünki hazırda Azərbaycanın tərəf müqabili Ermənistan hərbi-siyasi hakimiyyətidir, istənilən təxribata görə məsuliyyəti də rəsmi İrəvan daşıyır. Bu isə o deməkdir ki, Paşinyan siyasi iradə göstərməlidir. Ermənistan hərbi-siyasi hakimiyyəti üçüncü qüvvələrin pozuculuq fəaliyyətinin qarşısını almalıdır. Paşinyan təxribatların dayanması üçün çalışmalıdır. Əks halda, bunu Azərbaycan ordusu edəcək”.

 

Müsahibimiz bildirib ki, əgər qarşıdakı 1 həftə-10 gün ərzində provokasiyalar yenə də təkrarlanarsa, Azərbaycan ciddi hərbi tədbirlər görə bilər:

 

“Növbəti əməliyyatın başlanması da tamamilə gözləniləndir. Çünki söhbət təhlükəsizlikdən və siyasi prioritetlərimiz üçün yaranan təhdiddən gedir”.

 

Xatırladaq ki, avqustun 20-si saat 00:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR