İsveç və Danimarka səfirləri İran XİN-ə çağırıldı

Dünya
21:14 / 20.08.2023
9344
İsveç və Danimarkanın Tehrandakı səfirləri Quranın yandırılması ilə bağlı silsilə aksiyalarla əlaqədar İranın İran Xarici İşlər Nazirliyinə çağırılıb .
Sfera.az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.
“Xarici İşlər Nazirliyi İsveç və Danimarka səfirlərini çağırıb, onlar bu ölkələrdə davam edən Qurani-Kərimi təhqir edən aksiyalara etiraz ediblər”, - nəşr yazır.
İran Xarici İşlər Nazirliyinin insan haqları idarəsinin rəis müavini Danimarka və İsveç diplomatları ilə görüşündə deyib ki, İran bu iki ölkənin hökumətlərini Qurani-Kərimin təhqirinə görə məsuliyyətli hesab edir.