Maliyyə naziri Ukraynaya ildə 5 milyard avro hərbi yardım təklif etdi

Dünya
19:54 / 20.08.2023
6997
Almaniyanın maliyyə naziri Kristian Lindner Bundestaq deputatlarına Ukraynaya hərbi yardım üçün ildə 5 milyard avro ayırmağı təklif edib.
Sfera.az xəbər verir ki, bunu Lindner Berlində Almaniya hökumətinin “Açıq qapı” günləri çərçivəsində vətəndaşlarla müzakirələrdə bildirib.
“Biz Ukraynaya artıq 22 milyard avro məbləğində yardım göstərmişik”, – Lindner qeyd edib.
Maliyyə naziri buraya əsasn humanitar yardımlar daxildir:
“Növbəti illər üçün mən Bundestaqdakı büdcə qanunvericilərinə hərbi dəstək olaraq plana hər il 5 milyard avro töhfə verməyi təklif etmişəm”.