Buzovnada dənizdə batan şəxsin meyiti tapıldı

Buzovnada dənizdə batan şəxsin meyiti tapıldı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 metr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR