Ukraynaya 42 "F-16" VERİLƏCƏK

Dünya
17:14 / 20.08.2023
5723
Ukrayna birinci mərhələdə tərəfdaşlarından 42 ədəd "F-16" qırıcısı alacaq.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
"Mark Rutte (Niderandın Baş naziri - red.) və mən Ukraynaya veriləcək "F-16"ların sayı barədə razılığa gəldik - pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra 42 ədəd təyyarə. Bu hələ başlanğıcdır", - Prezident yazıb.
Qeyd edək ki, avqustun 17-də Amerika Birləşmiş Ştatları "F-16" qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib. ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna pilotların hazırlığı başa çatdıqdan sonra Amerika qırıcıları ilə təmin olunacaq.