Zelenski Niderlandda səfərdədir

Dünya
15:28 / 20.08.2023
5794
Ukrayna Prezidenti Vladimir Zelenski Niderlanda səfər edib.
Sfera.az “Alman dalğası”na istinadən xəbər verir ki, Ukrayna Prezidenti Niderland Baş naziri Mark Ryutte ilə danışıqlar aparacaq.
Vladimir Zelenski paylaşımında bildirib ki, əsas məsələ Ukrayna üçün “F-16” qırıcı təyyarələridir. Eyni zamanda sülh və Rusiyanın məsuliyyətə cəlb edilməsi də gündəlikdəki məsələlərdir.