Şahbuzda dağdan bal yığan şəxs dərəyə düşərək ölüb
Cəmiyyət
14:55 / 19.08.2023
10279
Şahbuz rayon Keçili kənd sakini 1981-ci il təvəllüdlü Əliyev Pirverdi Əvəz oğlu dağdan qaya balı yığarkən tarazlığı itirib, nəticədə dərəyə düşərək vəfat edib.
Sfera.az xəbər verir ki, hadisə Şahbuz rayonunun Keçili kəndində, "Sərxanlı" adlanan ərazidə baş verib.
Mərhum qayadan kəndirlə aşağı düşən zaman 38-40 metr hündürlükdən dǝrǝyǝ düşərək vəfat edib.