Bakıda bina inşa edən məşhur iş adamına "stop" qoyuldu

Bakıda bina inşa edən məşhur iş adamına

İnşaat şirkəti olan "Şərq MTK” MMC-nin rəhbəri Ziyadxan Abbasovun ölkədən çıxışı məhdudlaşdırılıb.

 

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova qətnamə çıxarıb.

 

Ziyadxan Abbasova "stop” qoyulmasının səbəbi "Şərq MTK” MMC-nin külli miqdarda vergi borcu olması ilə əlaqədardır. İş adamı borcu ödəmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 Saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib. 

 

İş materiallarından məlum olur ki, həmin vaxt şirkətin 51 342,53 AZN vergi borcu olub. Lakin məhkəmədən sonra da borc ödənilməyib. Hazırda "Şərq MTK” MMC-nin vergi borcu 66 449,85 AZN-ə çatıb.

 

MMC 2007-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 1000 AZN-dir. 

 

Araşdırmalarımız zamanı məlum olub ki, 2016-cı ildə də vergi borcuna görə Ziyadxan Abbasovun ölkədən çıxışı məhdudlaşdırılıb. 

 

"Şərq MTK”nın adı 3 il əvvəl inşa etdiyi binalardan mənzil alan vətəndaşlardan əlavə pul tələb etməkdə hallanıb. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, şirkət ev alan vətəndaşlarla müqavilələri yeniləyərkən mənzilin sahəsini artırararaq, onlardan buna görə əlavə pul tələb edib. 

 

Ziyadxan Abbasov həmin vaxt bu iddialarla bağlı deyib ki, mənzillər satılarkən sahəsi təxmini hesablanıb. Sakinlər isə bu arqumenti qəbul etməyərək, aldadıqlarını bildiriblər. 


OXŞAR XƏBƏRLƏR

Paşinyan, fon der Lyayen və Koştanın Brüsseldə üçtərəfli görüşü başladı

Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ara...

Rusiyada beş nəfərin olduğu Mi-8 helikopteri radarlardan itdi

Rusiyanın şərqində göyərtəsində üç ekipaj üzvü və iki texniki heyətin olduğu Mi-8 helikopteri radarlardan itib.   Sfera.az-ın məlumatına görə, b...

İran ABŞ ilə danışıq şərtini açıqladı

İran ABŞ ilə danışıqlar prosesində diplomatiyanın səmərəliliyinə əmin olmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, ...

Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib, bu, üç il ərzində 6-cı dəvətdir.   Sfera.az...

Azərbaycanlı şagird ABŞ universitetinə 100% təqaüdlə qəbul oldu

Beynəlxalq Təhsil Mərkəzinin tələbəsi Fidan Əsgərli, SAT 1510 nəticə toplayaraq ABŞ-ın nüfuzlu Miami University-dən 100% təqaüdlə qəbul alaraq böyük uğura imza ...

Rəfiqəsinə borc verən qadın küçədə döyüldü, oğlu isə həbs edildi

Mingəçevir şəhərində pula görə yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib...