Ən qapalı bürclər - Onlar hər şeyi gizli saxlayırlar

Ən qapalı bürclər - Onlar hər şeyi gizli saxlayırlar

Bəzi insanlar sevinc və kədərlərini, qorxu və narahatlıqlarını başqalarına ötürmək istəmir, bunu yaxşı gizlədə bilirlər. Onlar duyğusuz görünməyə çalışır və hər hadisəyə dərhal reaksiya vermirlər.

 

Sfera.az bu dəfə astrologiyanın ən qapalı bürcləri ilə bağlı məlumatı təqdim edir.

 

Buğa bürcü - Heç kimə etibar etmir. Bu səbəbdən hisslərini də bölüşməyə açıq deyillər. Onlar insanlara güvənmək məsələsində çox seçicidir.

 

Qız bürcü -  Başqalarının qarşısında dediklərinə, o cümlədən hiss etdirdiklərinə qarşı son dərəcə diqqətli olurlar. Onlar geri çəkilməyi və həssas tərəflərini göstərməməyi üstün tuturlar. Qız bürcü nümayəndələrinin həm də incidilmək qorxusu güclüdür. Bu baxımdan onlar ürəklərini qırmaqdansa, tək qalmağa üstünlük verirlər.

 

Tərəzi bürcü -  Münasibətlərdə ünsiyyətcil olmaqdansa, hisslərini gizlədərək özlərinə qapanmağa üstünlük verirlər. Bəzən ən yaxınlarına belə necə və nə demək lazım olduğunu bilmirlər. Tərəzilər zaman-zaman fikir və hisslərini bölüşmək istəyə bilər, lakin əsasən onları gizli saxlayırlar.

 

Əqrəb bürcü - Astrologiyanın ən qapalı nümayəndələrindən biridir. Əqrəb bürcü heç vaxt heç kimə güvənmir. Fikirlərinin başqalarına məlum olmasını istəmirlər.

 

Dolça bürcü - Hisslər və münasibətlərlə bağlı mübahisələr yarananda çox əsəbiləşirlər. Ona görə də şəxsiyyətlərinin bu hissəsini başqalarından gizlətməyə üstünlük verirlər.

 

Qoç, Əkizlər, Xərçəng, Şir, Oxatan, Oğlaq və Balıqlar isə duyğularını rahat ifadə edə bilirlər.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...