“Bu, təbliğatın iyrənc formasıdır” - Prezidentin köməkçisindən “France24”ə CAVAB

Siyasət
12:44 / 19.08.2023
8366
“Fransanın anti-Azərbaycan təbliğatı davam edir”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.
O bildirib ki, Fransanın “France24” məqaləsində Azərbaycanlı qadının 2020-ci ildə çəkilən fotosu “erməniləşdirilib”:
“Bu, təbliğatın iyrənc formasıdır. Obyektivlikdən, jurnalist etikasından uzaqdır”.