Sumqayıtda ərlə arvadın meyitləri tapıldı... VİDEO
Hadisə
23:04 / 18.08.2023
20156
Sumqayıtda bir mənzildən ər və arvadın meyiti tapılıb.
Sfera.az xəbər verir ki, əraziyə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırma zamanı onların bir neçə gün bundan öncə öldüyü məlum olub. Onlar 84 yaşlı Aleksandr Mamontov Alekseyeviç və 82 yaşlı Lyubov Mamontova Georgiyevnadır. Onların yaxın dostu Tatyana Lukina deyir ki, kişi bu yaxınlarda infarkt keçirib.
Hər iki şəxsin meyiti çıxarılaraq aidiyyati üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: