Xızıda kişini “tok” vurub ÖLDÜRDÜ

Cəmiyyət
16:10 / 18.08.2023
10741
Xızıda 59 yaşlı kişini yüksək gərginlikli transformatorun cərəyanı vurub.
Sfera.az xəbər verir ki, hadisə Altıağacda baş verib.
Yunis Nurulla oğlu Yunisov yüksək gərginlikli transformatorun yaxınlığında açıq sahədə iş görərkən elektrik cərəyanı vurub.
Y.Yunisov hadisə yerində ölüb.
Fakt üzrə araşdırma aparılır.