Maskdan onu tənqid edən namizədə xoş sözlər: "Fikirlərini aydın ifadə edir"

Maskdan onu tənqid edən namizədə xoş sözlər:

"Tesla" və "SpaceX"in baş direktoru İlon Mask 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlı paylaşım edib.


Sfera.az xəbər verir ki, Mask seçkilərdə Respublikaçılar Partiyasının namizədi Vivek Ramasvami haqqında "X" sosial media platformasında xoş sözlər yazıb.

 

Namizədin videolarına istinad edən Mask onun perspektivli namizəd olduğunu və fikirlərini aydın ifadə etdiyini bildirib.

 

Vivek Ramasvami bir müddət əvvəl "Mask gözlənilmədən Tayvanın birləşməsi çağırışını etdi və bir neçə gün sonra Şanxaydan vergi güzəşti aldı. Çinin aparıcı iş adamlarından öz gündəmi üçün istifadə etməsi ABŞ üçün risk yaradır" şərhi ilə gündəmə gəlmişdi.

 

İnci
 


OXŞAR XƏBƏRLƏR