Un və çörək ucuzlaşır – QİYMƏTLƏR

Un və çörək ucuzlaşır – QİYMƏTLƏR

Azərbaycanın idxal etdiyi buğdanın ucuzlaşması ölkəmizdə un və çörək qiymətlərinin aşağı düşməsinə səbəb olub.


Sfera.az xəbər verir ki, 2023-cü ilin martından başlayaraq bu məhsulların dəyərində tədricən enmə müşahidə edilir. 


Dövlət Statistika Komitəsinin məlumatına əsasən, buğda ununun bir kiloqramının orta qiyməti fevralda 1,59 manat olduqdan sonra martda 1,58 manata, iyunda 1,56 manata, iyulda 1,54 manata düşüb. 


Unun ucuzlaşması buğda çörəyinin qiymətinin də enməsinə səbəb olub. Buğda çörəyinin bir kiloqramının qiyməti fevralda 1,34 manata yüksəldikdən sonra iyunda 1,3 manata, iyulda 1,27 manata qədər azalıb. 


Əhalinin daha çox hissəsinin istehlak etdiyi 600 qramlıq dairəvi çörəyin (“zavod” çörəyi) qiyməti hazırda 60 qəpikdir. Bu ilin əvvəlində dairəvi çörəyin qiyməti 70 qəpiyə yüksəlmişdi. 


Ucuzlaşma əlaməti çovdar və qarışıq undan bişirilən çörəklərdə, həmçinin lavaşda da qeydə alınıb. Lakin bu növ çörəklərdə ucuzlaşma buğda unundan bişirilən çörəkdə olduğu qədər yüksək olmayıb. 

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verilir

Azərbaycan Könüllülər İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl yoll...

Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ - Partlayış olacaq

Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.   Bu barədə Sfera.az-a Müdafiə Nazirl...

"Rus və Azərbaycan bölmələri üzrə eyni sayda plan yeri ayrılıb" - Məleykə Abbaszadə

“Rus və Azərbaycan bölmələri üzrə dövlət sifarişi ilə ayrılan yerlərin sayı eyni səviyyədədir”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İm...

Pulsuz ali təhsil alacaq şəxslərin sayı açıqlandı

“Ali məktəblərə qəbul olanların 46,69-u dövlət hesabına təhsil almaq imkanı əldə edəcək”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmt...

Ötən il ən çox qəbul BDU-ya olub

“Ali təhsil müəssisələrinə qəbul planları məlum olub”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə,...

Şəxsiyyət vəsiqəsinin forması dəyişir - RƏSMİ

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiri...