Əri tərəfindən dönərxananın qarşısında öldürülən qadınla bağlı TƏFƏRRÜAT - VİDEO

Əri tərəfindən dönərxananın qarşısında öldürülən qadınla bağlı TƏFƏRRÜAT - VİDEO

Avqustun 16-da Salyanda ailə-məişət zəminində baş vermiş qətlin təfərrüatı məlum olub.

 

Sfera.az xəbər verir ki, hadisə barədə həyat yoldaşı Qaraş İbrahimov tərəfindən qətlə yetirilən Günel İbrahimovanın yaxınları Baku TV-yə danışıblar.

 

“Üzümüzə gülüb bacıma 2 bıçaq zərbəsi vurdu. 3-cünü vurmaq istəyəndə qoymadım”, – deyə mərhumun bacısı qeyd edib.

 

Günel İbrahimovanın anasının sözlərinə görə, qızı həyat yoldaşından boşanmaq istədiyini, lakin Qaraşın onu öldürməklə təhdid etdiyini deyirdi:

 

“Dəfələrlə çıxıb yanımıza gəlirdi, mən də yuvası dağılmasın deyə evinə göndərirdim”.

 


OXŞAR XƏBƏRLƏR