“Dəfli gürcü” rekord qiymətə SATILDI - FOTO

“Dəfli gürcü” rekord qiymətə SATILDI - FOTO

Gürcü rəssam Niko Pirosmaninin rəsm əsəri “Sotheby's” hərracında rekord qiymətə - 2 milyon 230 min funta satılıb. 


Sfera.az xəbər verir ki, gürcü rəssam 1862-1918-ci illərdə yaşayıb. O, Rusiyada dünyasını dəyişib. Onun rəsm əsərini Avropaya aparan şəxs isə tablonun ilk sahibi Stefan Zveyq olub. O, bunu SSRİ-də olarkən, 1928-ci ildə Lev Tolstoyun 100 illik yubileyi münasibətilə əldə edib. 


Sağlığında Pirosmani dəli hesab olunurdu. Rəssam deyirdi ki, müqəddəsləri onu görür və onlar ona rəsm çəkməyə kömək edirlər. Bütün həyatı boyu rəssam ağır yoxsulluq şəraitində yaşayıb. 


1918-ci ildə Pirosmani aclıqdan və soyuqdan ölüb, dilənçi kimi naməlum qəbirdə dəfn edilib. Onun dəfn olunduğu yer məlum deyil. 


Stefan Zveyq rəssamın “Dəfli gürcü” əsərini görəndə şəkildən yaranan sehrə heyran olub və “Pirosmani Avropa üçün kəşf olacaq” kəlamını söyləyib.


Orxan

 


 


OXŞAR XƏBƏRLƏR