Azərbaycana daha 6 minaaxtaran it gətirilib

Azərbaycana daha 6 minaaxtaran it gətirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.

 

Bu barədə Sfera.az-a ANAMA-dan məlumat verilib. Məlumata görə, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 6 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.

 

Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər Agentliyin Horadiz Regional Mərkəzində müəyyən olunmuş karantin rejimində saxlanıldıqdan sonra, Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən uyğunluğun qiymətləndirilməsi prosesindən keçirilir. Daha sonra müvafiq şəkildə Qarabağ və Şərqi Zəngəzurda icra olunan minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

 

Qeyd edilib ki, cari ilin fevral və aprel aylarında Agentliyə təhvil verilən minaaxtaran itlər aidiyyəti mərhələlərdən keçərək, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılması istiqamətində öz töhfələrini verir.


OXŞAR XƏBƏRLƏR

DİM-də 2024-cü illə bağlı müzakirələr təşkil olunub

Dövlət İmtahan Mərkəzində ötən il – 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin e...

"Gözəl danışır, sonra insanları bombalayır" - Tramp Putinə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Rusiya lideri Vladimir Putindən məyus olduğunu bildirib və onun sözünün üstündə durmadığına işarə edib.   S...

Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu

Azərbaycanın ornitoloji turizm imkanları 11-14 iyul tarixlərində Birləşmiş Krallığın Rutland şəhərində keçirilən "Global Bird Fair” beynəlxalq quş mü...

Günorta saatlarında bu şəxslər çölə çıxmasın - XƏBƏRDARLIQ

Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayı...

Boksçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan boksçusu Abbasqulu Şadlinski Portuqaliyada qızıl medal qazanıb.   Boks Federasiyasından Sfera.az-a verilən məlumata görə, 75 kiloqram ç...

Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya hava hücumundan müdafiə sistemləri ölkə üzərində Ukraynaya məxsus 11 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazir...