"BMT-də ikinci dəfə belə bir müzakirənin təşkili Ermənistanın..." - Millət vəkili

"BMT-də Ermənistanın müraciəti əsasında keçirilmiş müzakirələr növbəti dəfə Azərbaycanın diplomatik qələbəsi ilə yekunlaşdı”. 

 

Bunu Sfera.az-a açıqlamasında deputat Cavid Osmanov deyib.

 

Millət vəkili ermənilərin son zamanlar məqsədli şəkildə təxribatları artırdığını bildirib:

 

“Ermənistanın şantajları, təxribatları yenidən fiaskoya uğradı. Xüsusi qeyd etmək lazımdır ki, Ermənistan özü 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etmədi və Azərbaycan öz gücü ilə 2020-ci ildə Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Azərbaycan qalib tərəf kimi müharibə bitəndən dərhal sonra münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyasının aparılması, nəqliyyat infrastrukturunun açılması ilə bağlı təkliflərini verib. Bütün bunlar da beynəlxalq hüquq normaları əsasında nəzərdə tutulur. 


Son zamanlar Ermənistan Laçın yolu ətrafında müxtəlif şantaj addımları atır, qarayaxma kampaniyaları aparır. Eyni zamanda erməni lobbisi, Ermənistanın havadarları ölkəmizə qarşı böhtan kampaniyası aparmaqla informasiya müharibəsini daha da gücləndirmişdilər. Bütün bunlara baxmayaraq, Azərbaycan haqlı tərəfdir və bütün dünya bunu qəbul edir”. 

 

Deputat Ermənistanın ikinci müraciəti əsasında BMT Təhlükəsizlik Şurası tərəfindən yenidən eyni məsələnin müzakirə ediləməsi ehtimalının az olduğunu qeyd edib:


“Ermənistan son iclasdan istədiyi nəticəni ala bilmədi və təxribatlarına davam edir. Bütün bunlara cavab olaraq Azərbaycan qətiyyətli addımlarını atacaq. Alternativ yolun, Ağdam-Xankəndi yolunun təklifi bölgədə sülhün təmin olunması üçün əsasdır. Qondarma rejim anlamlıdır ki, onların və havadarlarının təxribat xarakterli niyyətləri reallaşmayacaq. BMT-də ikinci dəfə belə bir müzakirənin təşkil ediləcəyini düşünmürəm. Təşkil edilsə belə, bu, Ermənistanın növbəti məğlubiyyəti olacaq".

 

Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR