Qusarda istirahət mərkəzində qohumlar ZƏHƏRLƏNDİ

Qusarda istirahət mərkəzində qohumlar ZƏHƏRLƏNDİ

Qusar rayonunda, istirahət mərkəzində 5 nəfər zəhərlənib.

 

Sfera.az-ın məlumatına görə, hadisə Qusar rayonunun Caqar kəndində, "Park Qusar" istirahət mərkəzinin ərazisində qeydə alınıb.

 

Belə ki, istirahət edən sakinlər - 1973-cü il təvəllüdlü Fərzəliyeva Aynurə Bəhram qızı, 2003-cü il təvəllüdlü Xanıyev Bəhram Mübariz oğlu, 1986-cı il təvəllüdlü Əskərli Ferid Zaman oğlu, 1997-ci il təvəllüdlü Xanızadə Aygül Mübariz qızı və 2002-ci il təvəllüdlü Fərzəliyeva Qızbəs Fəhruz qızı zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.

 

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR