Zelenski hərbi vəziyyətin müddətini yenidən uzatdı

Siyasət
14:56 / 17.08.2023
9556
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və səfərbərlik haqqında qanunlar imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.
"Prezident hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün müddətinə, yəni 2023-cü il noyabrın 15-dək uzadılması haqqında qanunları imzalayıb", - Jeleznyak bildirib.
Xatırladaq ki, Ukraynada 24 fevral 2022-ci ildə hərbi vəziyyət rejimi tətbiq olunub, ertəsi gün Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. İyulun sonunda Ali Rada hərbi vəziyyətin müddətini 2023-cü il noyabrın 15-dək uzadıb.
Oktyabrın sonunda Radaya seçkilər keçirilməli idi, lakin hərbi vəziyyətin uzadılması səbəbindən seçkilər keçirilməyəcək.
Əzizə