"Rəngli əllər - gənclərin asudə vaxtının səmərəli təşkili” adlı layihə yekunlaşıb - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatı və Davamlı İnkişaf Xidmətinin təşkilatçılığı, "ArtColab" rəssamlıq kursunun tərəfdaşlığı ilə həyata keçirilən “Rəngli əllər - gənclərin asudə vaxtının səmərəli təşkili” adlı layihə yekunlaşıb. Layihənin məqsədi təsviri incəsənətə marağı olan gənclər tərəfindən həvəskar yaradıcılıq nümunələrinin ərsəyə gətirilməsinə şərait yaratmaq və onların asudə vaxtının səmərəli keçirilməsinə dəstək olmaqdır. 

 

Layihə çərçivəsində ümumilikdə 10 masterklas keçirilib və bu masterklaslardan ümumilikdə 150 gənc yararlanıb. "ArtColab" rəssamlıq kursunda baş tutan masterklaslar zamanı gənclər kətan parça üzərində yağlı boya ilə müxtəlif rəsmlər çəkiblər. 

 

Qeyd edək ki, “Rəngli əllər - gənclərin asudə vaxtının səmərəli təşkili” adlı silsilə masterklaslar Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilən “Gənclər üçün klub və mərkəzlər şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi layihəsi” çərçivəsində icra olunub.


OXŞAR XƏBƏRLƏR

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...