İngilis dili müəllimi dərsdən çıxıb məhkəməyə gəldi - Həbs edildi

İngilis dili müəllimi dərsdən çıxıb məhkəməyə gəldi - Həbs edildi

Mənimsəmədə ittiham olunan Cəlilabad rayon Göytəpə şəhəri V.Mürsəlov adına 1 saylı orta məktəbin sabiq direktoru Seymur Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Sfera.az xəbər verir ki, Cəlilabad Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

 

Hökm gününə kimi orta məktəbdə ingilis dili müəllimi işləyən S.Cəfərov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dərsdən birbaşa prosesə gələn müəllim məhkəmə zalında həbs edilərək istintaq təcridaxanasına göndərilib.

 

Qeyd edək ki, S.Cəfərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, məktəb direktoru işlədiyi müddətdə 12 min manat büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Barəsində istintaq dövrü müddətində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Təqsirləndirilən şəxs verilmiş ittihamlarla özünü təqsirli bilməyib, dəymiş ziyanı ödəməkdən imtina edib.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...