Nicat Abbasov Namizədlər turnirində çıxış edəcək

Nicat Abbasov Namizədlər turnirində çıxış edəcək

Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda keçirilən Dünya Kubokunda yarımfinala yüksəlməklə yanaşı, şahmat üzrə dünya çempionu adına Namizədlər turnirində də iştirakını təmin edib.

 

Oxu.Az-ın məlumatına görə, Namizədlər turnirində iştirak hüququ yalnız Dünya Kubokunun üç mükafatçısına verilir.

 

Amma əgər qaliblərdən hər hansı biri turnirdə iştirak etməkdən imtina edərsə, növbəti yeri tutan şəxs oynamaq hüququ qazanır.

 

Xatırladaq ki, yarımfinalda azərbaycanlı şahmatçı ilə qarşılaşacaq Maqnus Karlsen artıq dünya çempionatındakı çıxışının nəticəsindən asılı olmayaraq, Namizədlər turnirində iştirak etməyəcəyini bildirib.

 

Bu isə o deməkdir ki, N.Abbasov yarımfinal mərhələsində, daha sonra isə hətta üçüncü yer uğrunda mübarizədə uduzsa və mundialda dördüncü yeri tutsa belə, yenə də Namizədlər turnirində çıxış edəcək.

 

Beləliklə, Nicat tarixdə şahmat tacı uğrunda mübarizə aparacaq üçüncü azərbaycanlı qrossmeyster olacaq.

 

Əvvəllər Azərbaycan şahmatçıları arasında bunu yalnız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov bacarıb.

 

Həmçinin onu da qeyd edək ki, Nicat Abbasov Teymur Rəcəbovdan sonra şahmat üzrə Dünya Kubokunda yarımfinala yüksələn ikinci azərbaycanlı şahmatçı olub.


OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...