Şenol Günəş "Neftçi"ni belə TƏRİFLƏDİ

Şenol Günəş

“Neftçi” yaxşı top saxlayan, texnikalı komandadır”.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

 

71 yaşlı mütəxəssis Bakıdakı ilk görüşdə 3:1 hesablı qələbə qazanmalarına baxmayaraq, Azərbaycan təmsilçisi ilə ikinci duelə ciddi hazırlaşdıqlarını bildirib: “Mövsümə yeni başlamışıq. Üç gündən bir oyun keçiririk. Əlimizdəki heyətdən maksimum yararlanmağa çalışırıq. Hər hansı bir problemimiz yoxdur, fiziki cəhətdən hər şey qaydasında görünür. “Neftçi” ilə sabahkı oyuna 3:1 hesablı üstünlüklə başlayacağıq. Amma meydana çıxmadan qələbə qazanmaq olmur. Öz oyunumuzu sərgiləyib, mərhələni adlamaq istəyirik. Ümid edirəm ki, sabah maraqlı mübarizə olar”.

 

Qeyd edək ki, avqustun 17-də keçiriləcək “Beşiktaş” - “Neftçi” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...