Mahaçqaladakı partlayışda xəsarət alanların sayı 119 nəfərə çatdı

Dünya
21:00 / 16.08.2023
12477
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş vermiş partlayış zamanı 20 uşaq xəsarət alıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Rusiya Prezidentinin hökumət üzvləri ilə görüşündə bildirib.
“Təəssüf ki, hadisə nəticəsində 20-si uşaq olmaqla 119 nəfər xəsarət alıb, 3-ü uşaq olmaqla 35 nəfər ölüb. Vəziyyət yerində qiymətləndirildikdən sonra 3-ü uşaq olmaqla 16 pasiyentin sağlamlıq vəziyyəti ilə əlaqədar Moskvadakı federal tibb qurumlarına təxliyə edilməsi qərara alınıb”, - o deyib.