Türkiyədə zəlzələ oldu

Dünya
20:43 / 16.08.2023
13439
Türkiyənin Adana vilayətinin Aladağ rayonunda zəlzələ olub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkan 4,5 maqnitudada baş verib.
Zəlzələ yerli saatla 17:36-da, yerin təxminən 7,3 kilometr dərinliyində baş verib.
Məlumata görə, dağıntı və tələfat yoxdur.