Bakıda tozun miqdarı normadan artıqdır

Bakıda tozun miqdarı normadan artıqdır

Bu gün Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı 1.4, dəm qazı 1.6, azot-4 oksid 1.5, kükürd qazı 1.2, Sumqayıt şəhərində isə azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

 

Axşam.az xəbər verir ki, bu barədə Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalarının məlumatında bildirilib.

 

Qeyd edilib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.

 

Bildirilib ki, dəm qazı, azot-4 oksid və kükürd qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.


OXŞAR XƏBƏRLƏR

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...

Milli Məclisin payız sessiyasının ilk plenar iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasını...