Azərbaycan XİN-dən ATƏT sədrinə cavab

Azərbaycan XİN-dən ATƏT sədrinə cavab

“Laçın sərhəd-keçid məntəqəsindən hər gün hər iki istiqamətdə onlarla erməni əsilli Azərbaycan sakini keçir”.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” (tviter) sosial şəbəkəsində yazıb.

 

O, Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin tviter paylaşımına cavab verib.

 

“Cənab nazir, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən keçid yaxşı tənzimlənir və heç yerdə sərbəst keçid anlayışı yoxdur. Bölgəyə böyük həcmdə yüklərin tədarükünə gəlincə, Azərbaycan bu məqsədlər üçün Ağdam-Xankəndi yolunu ayırıb ki, əgər 10 gün əvvəl ermənilər tərəfindən razılaşmanın şərtləri pozulmasaydı, bundan istifadə edə bilərdilər”, - deyə Hacızadə qeyd edib.

 

Xatırladaq ki, Buyar Osmani  yerlərdəki vəziyyətlə tanış olmaq üçün şəxsi nümayəndəsinə Laçın rayonuna getmək tapşırığı verib.

 


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...