ATƏT sədri Anjey Kaspşiki Laçın dəhlizinə GÖNDƏRİR

ATƏT sədri Anjey Kaspşiki Laçın dəhlizinə GÖNDƏRİR

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani şəxsi nümayəndəsi Anjey Kaspşiki Laçın dəhlizinə göndərir. 


Sfera.az xəbər verir ki, bu barədə diplomat "X"dəki hesabında məlumat verib.

 

Osmaninin sözlərinə görə, o, bu qərarı ötən həftə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə telefon danışıqlarından sonra verib.

 

"Laçın dəhlizindən sərbəst keçidə çağırışımı bir daha təkrar edirəm. Digər marşrutlar paralel olaraq açılmalıdır. Humanitar aspektlər həmişə üstünlük təşkil etməlidir. Siyasi dialoq davam etməlidir və ATƏT buna öz töhfəsini verməyə hazırdır", - ATƏT sədri vurğulayıb.

 

Xatırladaq ki, avqustun 10-da ATƏT-in Baş İdarəsi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə telefon danışığı aparıb, onlarla Laçın dəhlizi məsələsini müzakirə edib.

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR