Azərbaycanda ən çox işsiz BU RAYONDADIR - SİYAHI

Azərbaycanda ən çox işsiz BU RAYONDADIR - SİYAHI

Azərbaycanın Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında 247 430 nəfər işsiz kimi qeydiyyata alınıb. 


Sfera.az xəbər verir ki, bu ilin iyulun 1-nə olan məlumata əsasən, qeydiyyata alınan işsizlərin daha çox hissəsi Bakı sakinləridir. Paytaxtda 49,8 min insan iş axtarır. Bakıdan kənarda qeydiyyatda olan insanlar arasında isə təxminən 200 min nəfər işsizdir. Onların daha çox hissəsi Qarabağ iqtisadi rayonuna daxil olan rayon və şəhərlərin sakinləridir. 


Qarabağ iqtisadi rayonunda 30,7 min işsiz var. Bu regionda işsizlərin 10,75 min nəfəri Ağdam rayonunun, 6,5 min nəfəri Füzuli rayonunun, 3,6 min nəfəri Bərdə rayonunun, 3,35 min nəfəri Ağcəbədi rayonunun, 3,1 nəfəri Tərtər rayonunun, qalanı isə Şuşa, Xocalı və Xocavənd rayonlarının payına düşür. 


Əyalətlərdən Cənub regionunda da işsiz sayı çoxdur. Burada 21,4 mindən çox işsiz qeydiyyata alınıb. Cənub regionunda ən çox işsiz Lənkəran (5,8 min) və Cəlilabad rayonlarının (5,3 min nəfər) payına düşür. 


Bölgələrdən ən az işsiz isə Naxçıvan Muxtar Respublikasındadır. Muxtar Respublikada 439 işsiz olduğu bildirilir. 


Muxtar Respublikanın əhali sayının 500 mindən çox olmasına baxmayaraq, bu qədər az işsizin olması inandırıcı görünmür. 


İşsizlərin 2 568 nəfərinə işsizlikdən sığorta ödənişi verilir. Maraqlı fakt ondan ibarətdir ki, bütün işsizlərin 20 faizi Bakıda qeydiyyatda olduğu halda, sığorta pulu alanların yarıdan çoxu paytaxt sakinidir. 


Bakıda 1 522 nəfər işsizlikdən sığorta pulu alır ki, bu da cəmi işsizlikdən sığorta pulu alanların 59,2 faizini təşkil edir. 


Paytaxtda daha çox adamın işsizlikdən sığorta pulu alması muzdlu iş yerlərinin yarıdan çoxunun Bakıda olması ilə bağlıdır. Ölkə üzrə muzdlu çalışanların təxminən 52 faizi Bakının payına düşür. 


Həmçinin, nəzərə almaq lazımdır ki, Bakıda iqtisadi sferada rəqabət əyalətlərlə müqayisədə daha güclüdür. Rəqabətin güclü olması iş yerlərinin bağlanması və ya iş yerlərinin ixtisara düşməsi intensivliyini də artırır.  

 

Bu səbəbdən işsizlikdən sığorta pulu alanların çox hissəsi də Bakının payına düşür. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran Prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.   Sfera.az-ın xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əs...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...

Milli Məclisin payız sessiyasının ilk plenar iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasını...

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. &nb...