Türkiyədə güclü meşə yanğını: helikopterlər cəlb olundu
Cəmiyyət
22:08 / 15.08.2023
15109
Türkiyənin Əskişəhər vilayətinin Alpu mahalının Beyazaltın səmtində meşədə yanğın baş verib.
Sfera.az yerli KİV-ə istinadən xəbər verir ki, əraziyə Əskişehir Meşə İdarəsinin yanğınsöndürmə qrupları cəlb edilib.
Eyni zamanda, alovların söndürülməsi işlərinə 4 helikopter və 1 təyyarə ilə havadan dəstək verilir.
Əraziyə, həmçinin, 5 su çəni, 2 su tankeri və ekoloji yanğınsöndürənlər müdaxilə edirlər.