Təcridxanaya narkotik keçirməyə cəhd olundu

Təcridxanaya narkotik keçirməyə cəhd olundu

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

 

Penitensiar xidmətdən Sfera.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə həbs edilmiş Vüqar Ələmdər oğlu Xəlilova dayısı oğlu Fəxrəddin Ələddin oğlu Süleymanovun gətirdiyi sovqatda olan idman şalvarının bel ipinə hopdurularaq gizlədilmiş 0,126 qram heroin aşkar olunub.


OXŞAR XƏBƏRLƏR