Qəzada ölüm xəbəri yayılan Zaur İskəndərov DANIŞDI: "Uzaqdan gördüm, yaxına gedə bilmədim"

Qəzada ölüm xəbəri yayılan Zaur İskəndərov DANIŞDI:

Nicat Şakirlinin qolunu itirdiyi qəzada adı hallanan Zaur İskəndərov Baku TV-yə açıqlama verib.

 

Sfera.az xəbər verir ki, bloger qəza zamanı hər hansı xəsarət almasını təkzib edib:

 

"Mən 10 saata yaxındır burdayam. Qoy, elə bilsinlər ki, mən də ölmüşəm. Nicatı mən xəstəxanada görmüşəm. Uzaqdan gördüm, yaxına gedə bilmədim. Son məlumat budur ki, vəziyyəti qənaətbəxşdir və çətin də olsa danışır. Qolu amputasiya olunub. Bir də burnunda qırığı var.

 

Qəza zamanı avtomobili Nicatın özü idarə edib. Yanında rəhmətə gedən dostumuz Ruslan idi.

 

Telefonlar cibimdədir və heç kimə cavab vermirəm. Çünki indi o halda deyiləm. Yalan məlumatlar həmişə olub. Xahiş edirəm ki, heç kim dezinformasiya yaymasın. Kimsə dəqiq görmək istəyirsə gəlib məni burada görə bilər".


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: İsrail Livana hücumları ilə müharibəni bölgəyə yaymağa çalışır

İsrailin Livana son hücumlar İsrail administrasiyasının müharibəni bölgəyə yaymaq planları ilə bağlı narahatlığımızı əsaslandırdı.   Sfera.az xəbər k...

Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az-ın Report-a istinadən məlumatına görə, hadisə Astara rayonunun Sel...

Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək

Nazirlər Kabineti 10 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqlar...

DİN-dən vətəndaşlara MÜHÜM ÇAĞIRIŞ: "Araşdırın!"

Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edib.   DİN-dən Sfera.az-a bildirilib ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması a...

Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını...

Suverenliyimizin bərpası bir çoxlarına ümid mesajıdır

Azərbaycanı qərəzli şəkildə hədəfə alan ikili standartlar siyasəti son vaxtlar daha da eybəcərləşib. Əgər işğal dövründə ölkəmizə qarşı etdikləri ayrı-seçkiliyi...