Füzulidə iki nəfərin həlak olduğu dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO

Füzulidə iki nəfərin həlak olduğu dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Füzuli rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. 

 

İdarədən verilən məlumata görə, ötən gün saat 19 radələrində Ağstafa rayon sakini,​ 2000-ci il təvəllüdlü Elxan Eynur oğlu Həsənov Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndi ərazisində idarə etdiyi “Mercedes Benz” markalı, 90-XM-210 dövlət qeydiyyat nişanlı avtomobillə sərt döngədə idarəetməni itirib. Nəticədə əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn Salyan şəhər sakini, 1985-ci il təvəllüdlü Rəşad Rəşid oğlu Nəzərovun idarə etdiyi VAZ-2106 markalı, 07-BG-127 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub.

 

Qəza nəticəsində VAZ markalı avtomobildə olan sərnişin Yaşar Mirzə oğlu Əhmədov hadisə yerində, sürücü Rəşad Nəzərov isə yerləşdirildiyi tibb müəssisəsində vəfat ediblər.

 

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar, qəza nəticəsində xəsarət almış şəxslər, eləcə də yolda hərəkətin bərpası ilə bağlı zəruri tədbirlər görülüb, faktla bağlı araşdırma aparılır.

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan yolda müəyyən edilmiş sürət həddinə riayət etməyi, sərt döngələrdə, enişli-yoxuşlu, yaxud dağlıq ərazilərdən keçən yollarda, günün qaranlıq vaxtı, eləcə də məhdud görünmə şəraitində sürət rejimini düzgün seçməyi, yol və hava şəraitini nəzərə almağı xahiş edir, nəqliyyat vasitəsini idarə edərkən verilən yanlış qərarların onların özləri və digər günahsız insanlar üçün bərpası mümkün olmayan itkilərə yol açdığını unutmamağa çağırır.


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...