Kirayə mənzillərin qiymətində ARTIM DAVAM EDİR - RƏQƏMLƏR

Kirayə mənzillərin qiymətində ARTIM DAVAM EDİR - RƏQƏMLƏR

Azərbaycanda 2021, 2022 və 2023-cü ilin birinci yarısında mənzillərin kirayə qiymətlərində sürətli artım müşahidə edilib. 


Sfera.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2018-2020-ci illərdə mənzillərin kirayə qiymətləri sabit qalıb. 


Amma 2021-ci ildən başlayaraq kirayə qiymətlərində nəzərəçarpacaq artım müşahidə edilib. 2022-ci ildə artım sürəti bir qədər də güclənib, 2023-cü ildə isə ən yüksək həddə çatıb. 


2021-ci ildə mənzillərin kirayə qiymətləri əvvəlki ilə nisbətən orta hesabla 8,44 faiz artıb, 2022-ci ildə artım 15,5 faizə yüksəlib.


Kirayə xidmətində sürətli bahalaşma 2023-cü ildə də davam edir. İlin birinci yarısına dair açıqlanan məlumatlardan görünür ki, mənzillərin kirayə qiyməti daha 16,41 faiz artıb.  


Ümumilikdə, mənzillərin kirayə haqqı 2021, 2022 və 2023-cü ilin birinci yarısında 46 faiz artıb. Məsələn, 2020-ci ildə biraylıq kirayə qiyməti 300 manat olan mənzillərdə kirayədə qalanlar indi 440 manata yaxın pul ödəməlidir. Bu cür sürətli bahalaşma kirayədə qalanların icarə xərclərini kəskin artırıb. 


Kirayə qiymətlərinin sürətlə artmasının ilkin səbəbi dünyada ümumi qiymət səviyyəsinin yüksəlməsi və Azərbaycanda 2021-ci ildən iqtisadi aktivliyin artması ilə bağlıdır. 2022 və 2023-cü illərdə isə bahalaşmanın güclənməsinin əsas səbəbi Ukrayna-Rusiya müharibəsidir. Müharibə başlayandan Rusiyadan, qismən də Ukraynadan çoxlu sayda insan Azərbaycana üz tutub. Ölkəmizə gələn şəxslərin əksəriyyəti məhz kirayə mənzillərdə məskunlaşıb. Qısa müddətdə kirayə mənzillərə tələb artdığından kirayə mənzil bazarında qiymətlərdə sıçrayış baş verib. 


Müşahidələr göstərir ki, Ukrayna-Rusiya müharibəsində sülh əldə edilməyənə qədər Azərbaycanın, xüsusən də Bakının kirayə bazarında yüksək qiymətlər qalacaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: İsrail Livana hücumları ilə müharibəni bölgəyə yaymağa çalışır

İsrailin Livana son hücumlar İsrail administrasiyasının müharibəni bölgəyə yaymaq planları ilə bağlı narahatlığımızı əsaslandırdı.   Sfera.az xəbər k...

Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az-ın Report-a istinadən məlumatına görə, hadisə Astara rayonunun Sel...

Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək

Nazirlər Kabineti 10 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqlar...

DİN-dən vətəndaşlara MÜHÜM ÇAĞIRIŞ: "Araşdırın!"

Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edib.   DİN-dən Sfera.az-a bildirilib ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması a...

Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını...

Suverenliyimizin bərpası bir çoxlarına ümid mesajıdır

Azərbaycanı qərəzli şəkildə hədəfə alan ikili standartlar siyasəti son vaxtlar daha da eybəcərləşib. Əgər işğal dövründə ölkəmizə qarşı etdikləri ayrı-seçkiliyi...