Nazir generalı işdən niyə çıxarıb? - YENİ FAKTLAR

Nazir generalı işdən niyə çıxarıb? - YENİ FAKTLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasovun vəzifəsindən azad edilib.

 

Sfera.az xəbər verir ki, Qaynarinfo-ya Hikmət Abbasovun işdən çıxarılmasının səbəbləri ilə bağlı yeni məlumat daxil olub. 

 

Belə ki, bu ilin iyun ayında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov son yaş həddi ilə əlaqədər təqaüdə göndərilərək, yerinə təyin olunan Dövlət Yanğın Nəzarəti Xidmətinin sabiq rəisi Hikmət Abbasovun rəhbərlik etdiyi əvvəlki və hazırkı qurumlarda hüquq-mühafizə orqanları ilə bərabər yoxlamalar aparılıb. 

 

Hər iki qurumda maddi-texniki təchizatla bərabər, ciddi maliyyə pozuntuları da aşkarlanıb. Bu səbəbdən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmrlə Hikmət Abbasovu vəzifəsindən azad edib.

 

İddiaya görə, Hikmət Abbasov uzun illər FHN-də çalışması və general rütbəsi daşıması nəzərə alınaraq həbslə deyil, vəzifədən azad edilməklə cəzalandırılıb. 

 

Hazırda Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidmətinin bütün şəhər və rayon şöbələrində də yoxlamalar aparılır. Hər iki qurumun əksər şəhər və rayon idarə, şöbələrinin rəisləri işdən azad olunub, bəzilərinin yerləri dəyişdirilib.
 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə futbol klubunun prezidenti DÖYÜLDÜ - ANBAAN VİDEO

Türkiyənin "Sakaryaspor" klubunun prezidenti Gökhan İn klubun reklam və sponsorluq işlərinə baxan Cengiz Şen tərəfindən döyülüb.   Sfera.az...

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

Sentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü təşkil olunacaq -FOTO

"Ötən bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Ağdərə r...

Keçmiş hakim Psixiatriya Xəstəxanasına YERLƏŞDİRİLDİ

Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) Respublika Psixiatriya Xəstəx...

Fələstin PrezidentiNyu-Yorka GETDİ

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qarşıd...

Cənubi Karolinada 13 ildən sonra İLK EDAM GERÇƏKLƏŞDİ

ABŞ-nin Cənubi Karolina ştatında 13 ildən sonra ilk dəfə ölüm cəzası tətbiq edilib.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Freddi Ouens öt...