Çimərliklərə əlavə naryad qrupları təhkim olundu - Video

Çimərliklərə əlavə naryad qrupları təhkim olundu - Video

İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq, polis əməkdaşlarının fasiləsiz xidməti davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı məqsədilə polis əməkdaşları tərəfindən xidmət təşkil olunub. Xidmətə əlavə canlı qüvvə və xidməti avtomobillər cəlb edilib.

 

Respublikanın bütün turizm zonalarına - çimərliklərə, su hövzələrinə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla, naryad qrupları ərazilərə təhkim olunub.

 

Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilir.


OXŞAR XƏBƏRLƏR