Yol polisindən "bufer"siz maşın sürənlərə XƏBƏRDARLIQ

Yol polisindən

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi konstruktiv bütövlüyü pozulmaqla avtomobil idarə edən şəxslərə xəbərdarlıq edib

 

İdarədən Sfera.az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir:

 

"Aparılan müşahidələr göstərir ki, son vaxtlar istər paytaxtda, istərsə də respublikanın digər regionlarında konstruktiv bütövlüyü pozulmaqla, o cümlədən istehsalçı tərəfindən konstruksiyasında nəzərdə tutulmuş ön və arxa mühafizə qurğuları (bamper) yerində olmayan nəqliyyat vasitələrinin istismarına yol verilir ki, bu da inzibati xəta tərkibi yaratmaqla yanaşı, həm də yol-nəqliyyat hadisələri zamanı qəzanın ağarlıq dərəcəsinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır.


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin kinetik enerjini udma xüsusiyyətinə malik passiv təhlükəsizlik elementlərindən biri olan bamperlərin təmir, zövq və digər səbəblərdən yerində olmadan idarə edilməsi hallarına qarşı nəzarət tədbirlərinin gücləndirildiyini qeyd edir və yol hərəkəti zamanı nəqliyyat vasitələrində sözügedən nasazlıqların aşkar ediləcəyi təqdirdə onların sürücüləri barədə qanunvericiliyə uyğun inzibati məsuliyyət tədbirlərinin görüləcəyini bildirir".


OXŞAR XƏBƏRLƏR

Türkiyədə futbol klubunun prezidenti DÖYÜLDÜ - ANBAAN VİDEO

Türkiyənin "Sakaryaspor" klubunun prezidenti Gökhan İn klubun reklam və sponsorluq işlərinə baxan Cengiz Şen tərəfindən döyülüb.   Sfera.az...

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

Sentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü təşkil olunacaq -FOTO

"Ötən bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Ağdərə r...

Keçmiş hakim Psixiatriya Xəstəxanasına YERLƏŞDİRİLDİ

Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) Respublika Psixiatriya Xəstəx...

Fələstin PrezidentiNyu-Yorka GETDİ

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qarşıd...

Cənubi Karolinada 13 ildən sonra İLK EDAM GERÇƏKLƏŞDİ

ABŞ-nin Cənubi Karolina ştatında 13 ildən sonra ilk dəfə ölüm cəzası tətbiq edilib.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Freddi Ouens öt...