Əhalinin banklardakı pulu 13 milyard manata çatıb

İqtisadiyyat
15:30 / 12.08.2023
8200
Bu ilin iyulun 1-nə olan məlumata əsasən, fiziki şəxslərin banklardakı əmanətinin ümumi məbləği 12,749 milyard manata çatıb.
Sfera.az xəbər verir ki, ilin əvvəlindən əhalinin banklardakı pulunun məbləği təxminən 1 milyard manat artıb.
Banklarda olan pulun 8,09 milyard manatı milli valyutada, 4,66 milyard manatı xarici valyutada saxlanılır.
İlin əvvəlindən milli valyutada olan pulun məbləği 950 milyon manat, xarici valyutada olan pulun məbləği isə 60 milyon manata yaxın artıb.
Azərbaycan banklarında olan pulun təxminən 11,42 milyard manatı vətəndaşların, 1,33 milyard manatı xarici ölkə vətəndaşlarınındır.
Vasif