"Rusiya hərbi kontingentinin komandanına ciddi şəkildə xəbərdarlıq edilməlidir" - ŞƏRH

"Biz Rusiya hərbi kontingenti ilə Qarabağda qarşıdurma istəmirik, ancaq onların separatçıları himayə etməsinə də seyrçi qalmamalıyıq".

 

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

Ekspert Rusiya hərbi kontingentinin müşayiəti ilə Qarabağ separatçılarının bir məntəqəsindən başqa məntəqəsinə silah daşındığını deyib. E.Şahinoğlu bu səbəblə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin addım atmalı olduğunu qeyd edib:

 


"Separatçıların nəqliyyat vasitələrinin Rusiya hərbi kontigentinin müşayiəti ilə daşınmasının səbəbi aydındır. Rusiya hərbi kontingenti bu halda Azərbaycanın dronlarla havadan separatçıların nəqliyyat vasitələrinə zərbə endirməyəcəyi qənaətindədir. 

 


Fikrimcə, Azərbaycan Müdafiə Nazirliyi Rusiya hərbi kontingentinin komandanını Bakıya dəvət edib, ona bu şəkildə xəbərdarlıq etməlidir: “Separatçıların silah və hərbi texnika daşıyan nəqliyyat vasitələri hədəfimizdədir, onlara zərbə endirmək hüququna malikik. Separatçıların nəqliyyat vasitələrini müşayət edən Rusiya hərbi kontigentinin şəxsi heyətinin zərər görməsini istəmirik, həmin nəqliyyat vasitələrinin müşayiət edilməsi Azərbaycan-Rusiya münasibətlərinə kölgə salır, bu cür fəaliyyətin dərhal dayandırılmasını tələb edirik”. Bu səpkili xəbərdarlığın Müdafiə Nazirliyi ilə eyni gündə Azərbaycan Xarici İşlər Nazirliyinin yayımlaması ciddi tədbirlərə əl atacağımızın təsdiqi olar".

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...